Günəbaxan yığımı başlanılıb Bu il məhsul... VİDEO


Digərləri 29 İyl 2018 23:34:00 308 0

Günəbaxan yığımı başlanılıb  Bu il məhsul...  VİDEO

Goranboy rayonunda günəbaxan yığımına başlanılıb.

Son.az bildirir ki, digər rayonlara nisbətən Goranboyda günəbxan daha çox becərilir. Artıq bir neçə gündür ki, bu rayonda məhsulun yığımına başlanılıb. Həm əl əməyi, həm də texnika vasitəsi ilə toplanan günəbaxan bu il yüksək məhsuldarlığı ilə seçilir.

Rusiyadan gətirilən toxumdan becərilən günəbaxan əsasən paketlənərək satışa çıxarılır.

Təsərüffat sahibləriin sözlərinə görə, iri tumlar seçildikdən sonra xırdalar yağ çəkilməsi üçün göndərilir. Hazırda sahələrdə biçin yenicə başlandığından fermerlər qiymətlərin müəyyənləşmədiyini bildiriblər.