Gündə 1 kivi yesəniz, orqanizmdə nə baş verəcək?


Digərləri 29 İyl 2018 23:30:00 387 0

Gündə 1 kivi yesəniz, orqanizmdə nə baş verəcək?

Kivi populyar olsa da, çox sevilən sitrus meyvələri siyahısına daxil deyil. İnsanlar adətən alma, banan, portağal və digər meyvələrə üstünlük verir. Və çox nahaq yerə, çünki bu məhsul orqanizm üçün faydalı xassələrlə zəngindir.

Son.az oxucuları kivinin və qabığının faydaları ilə tanış edir:

Kivinin tərkibi, kalorisi və enerji dəyəri

Orta boy kivinin çəkisi 100 qramdır. Meyvənin böyük hissəsini su (84%) təşkil edir. Həmçinin tərkibində zülallar (təxminən 1%), yağlar (1% -dən az), karbohidratlar (təxminən 10%) var. Bir kivinin enerji dəyəri 48 kkal-dır. Bundan əlavə, onun tərkibinə nikotin turşusu və müxtəlif saxaridlər daxildir.

Kivi C, A, В1, В2, РР, В6, K1, B12, D, E vitaminləriylə və beta-karotinlə zəngindir. Bu meyvə sellüloza, kalsium, maqnezium, kalium, fosfor, manqan, dəmir, sink, antioksidantlar, amin turşuları, bitki zülalları, flavonoidlər və pektin ehtiva edir. Onda zülalları ayıran aktidin fermenti də var. Bu maddə qan laxtalanmasının normallaşmasına, zülalların parçalanmasına səbəb olur və mədə-bağırsaq sisteminin fəaliyyətinə müsbət təsir göstərir.

Kivi orqanizmdən artıq duzları çıxarmağa qadirdir. 2 ədəd orta ölçülü kivi orqanizmi ehtiyac olduğu fol turşusu ilə təmin edir. Bu maddə həm hamiləlikdə, həm uşaq əmizdirən analara, habelə uşaqlara və yaşlı insanlara çox lazımdır.

Kivi şəkər xəstəliyinin müalicəsində də çox effektlidir, çünki o qlisemik indeksi aşağı salan ən dadlı məhsuldur. Meyvənin özündə şəkər var, lakin optimal miqdarda olduğu üçün metabolik prosesləri pozmur, əksinə diabet xəstələri üçün müəyyən qədər faydalıdır.

Kivinin qabığının faydası nədir?

Kivinin qabığında çoxlu sayda antioksidantlar var. Ona görə də kivi anti-xərçəng və antiallergik xüsusiyyətə malikdir. Nazik qabıqda meyvənin özündən 3 dəfə çox antioksidantlar var. Bu səbəbdən də həkimlər onu birbaşa qabığı ilə yeməyi tövsiyə edir. Əlbəttə ki, bundan öncə bıçaqla tükləri səliqə ilə təmizləmək lazımdır.

Avropa alimlərinin fikrincə, kivi antiseptik xüsusiyyətlərə malikdir. Bu da xərçəng hüceyrələrinin yaranmasına birbaşa təsir göstərir. Hesab edilir ki, kivi qabığı stafilokok və bağırsaq basili kimi mikrobları məhv edir.

Artıq çəki ilə mübarizədə kivinin faydası

Aşağı kaloriliyi və tərkibində yağları əridən fermentlərin olması arıqlamağa əla kömək edir. Dietoloqlar çoxdan açıqlayıb ki, kivi mükəmməl sellüloza mənbəyidir. Bu, həzm sisteminin normallaşmasına imkan verir və qarnı tox saxlayır.

Həll edilə bilən qida lifləri mədədə iştahanı azaltmaq və lazımi həcmi yaratmaq üçün suyu asanlıqla əmir.

Kivi həzmi normallaşdırmağa kömək etdiyi üçün dietoloqlar onu bütün yeməklərdən sonra yeməyi məsləhət görür. Kivi mədədə ağırlığın qarşısını alacaq, həmçinin böyrəklərə kömək edəcək. Hesab olunur ki, məhsul artıq mayenin orqanizmdən çıxarılmasına kömək edir.

Hətta kivi əsasında pəhrizlər mövcuddur. Pəhrizin əsas ideyası gündə 5 kivi və aşağı kalorili məhsulların istehlakından ibarətdir.

İmmun sisteminin möhkəmləndirilməsi

Meyvədə böyük miqdarda universal C vitamini var. İlin soyuq vaxtında immuniteti artırmaq və orqanizmi xəstəlik törədən mikroorqanizmlərdən qorumaq üçün onu gündə 1-2 ədəd istifadə etmək lazımdır.