Keçmiş deputata ağır itki üz verdi


Digərləri 29 İyl 2018 18:08:00 235 0

Keçmiş deputata ağır itki üz verdi

Sabiq deputat Əkrəm Abdullayevə ağır itki üz verib.

Son.az-ın modern.az-a istinadən məlumatına görə, iyulun 29-da Ə.Abdullayevin anası Qönçə Axundova 76yaşında dünyasını dəyişib.

Q.Axundova uzun müddət şəkər xəstəliyindən əziyyət çəkirdi. Mərhum bu gün Salyanda torpağa tapşırılıb.

Xatırladaq ki, Ə.Abdullayev 2005-2010-cu illərdə 59 saylı Salyan birinci seçki dairəsindən Milli Məclisin deputatı olub.