Hərbçilərimiz “Snayper həddi” müsabiqəsinin açılışında iştirak ediblər


Digərləri 29 İyl 2018 14:30:00 213 0

Hərbçilərimiz “Snayper həddi” müsabiqəsinin açılışında iştirak ediblər

Azərbaycan hərbçiləri "Beynəlxalq Ordu Oyunları - 2018" çərçivəsində Belarusun Brest təlim poliqonunda keçirilən "Snayper həddi" müsabiqəsinin təntənəli açılış mərasimində iştirak ediblər.

Son.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avqustun 9-dək davam edəcək müsabiqədə Azərbaycan snayperləri ilə yanaşı 18 ölkənin komandası iştirak edir.