Azərbaycan şərab ixracını iki dəfə artırmaq niyyətindədir (ÖZƏL)


Digərləri 29 İyl 2018 08:01:00 211 0

Azərbaycan şərab ixracını iki dəfə artırmaq niyyətindədir (ÖZƏL)

Azərbaycan ilin sonuna qədər şərab ixracını iki dəfə artıra bilər.

Bakı. Əli Mustafayev - Azərbaycan ilin sonuna qədər şərab ixracını iki dəfə artıra bilər. Bunu Trend-ə Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının rəhbəri Elçin Mədətov deyib. E.Mədətov deyib: "2018-ci ilin birinci yarısında Azərbaycan şərab məhsullarının ixracı 4 milyon dolları keçib, bu da 2017-ci ilin eyni dövrünün götəricisindən 80 faiz çoxdur. 2018-ci ilin sonuna biz şərab ixracının 100 faizlik artımını gözləyirik".