Hər paylaşıma görə yarım milyon avrodan çox qazanır


Digərləri 29 İyl 2018 07:14:00 277 0

Hər paylaşıma görə yarım milyon avrodan çox qazanır

"Yuventus"un futbolçusu Kriştianu Ronaldu "Instagram" hesabındakı hər paylaşımına görə 640 min avro qazanır.

Son.az goal.az-a istinadən xəbər verir ki, 32 yaşlı hücumçu bu göstəriciyə görə dünyada üçüncüdür. Portuqaliyalı forvard model Kayli Cenner (853 min avro) və müğənni Selena Qomesdən (682 min avro) geri qalır. İlk "10-luq"dan Fransa təmsilçisi "PSJ"-nin braziliyalı hücumçusu Neymar (512 min avro) və "Barselona"nın argentinalı kapitanı Lionel Messi də yer alıb (426 min avro).