Hz. Loğmanın nəsihətlərindən


Digərləri 28 İyl 2018 23:55:00 380 0

Hz. Loğmanın nəsihətlərindən

Hz. Loğman həm Quran, həm də digər dini mətnlərdə ən çox öz hikmətli nəsihətləri ilə tanınır. Onun (ə) adı demək olar ki, ancaq nəsihət etdiyi hallarda zikr olunur:

"(Ya Rəsulum!) Yadında olsun ki, bir zaman Loğman öz oğluna nəsihət edərək belə demişdi: 'Oğlum! Allaha şərik qoşma. Doğrudan da, Allaha şərik qoşmaq böyük zülmdür! (Ağır günahdır!)" (Loğman-13)

Son.az islaminsesi.info-ya istinadən bildirir ki, Hz. Loğmanın adı Quranda 2 dəfə zikr olunmuş, hətta Quranda 31-ci surə Hz. Loğmanın adı ilə adlandırılmışdır: "Həqiqətən, Loğmana: 'Allaha şükür et!' (deyə) hikmət verdik." (Loğman-12)

Təfsir alimləri və islam tarixçilərindən bəziləri Hz. Loğmanı peyğəmbər, bəziləri isə hikmət və kəramət əhli kimi təqdim etmişlər. Çox təfsirçilərin qənaəti budur ki, o (ə) peyğəmbər yox, ilahi hikmət verilmiş saleh bəndələrdəndir.

İmam Sadiq (ə) Hz. Loğmanın dilindən bir nəsihət nəql edərək buyurur:

"Hz. Loğman oğluna təsihət edərkən dedi: Ey oğul! Gün ərzində, gecədə, gündüzdə, hətta ömrünün hər bir saatında elə vaxt ayır. Bunu etməsən ömrünü zay etmiş olarsan və həqiqətən bunun kimi (elmlə məşğul olmamaq kimi) ömrü zay edən ikinci bir şey tapa bilmərsən."