“İmam Rzaya dedim ki, mənə elə bir dua öyrətsin...”


Digərləri 28 İyl 2018 23:45:00 405 0

“İmam Rzaya dedim ki, mənə elə bir dua öyrətsin...”

İmamlarımızın (ə) hər biri elm xəzinəsidir və əgər onlardan öyrəndiklərimizə əməl etsək, dünya və axirətdə səadətə çatarıq. (Tebyan)

Son.az deyerler.org-a istinadən bildirir ki, Hüseyn ibni Abdullah nəql edir: "Atam İmam Rzaya (ə) məktub yazır ki, mətni belə idi: "Qurban olum! Yaşım artmışdır və gücsüz olmuşam. Gördüyüm bir çox işlərdən qalmışam. İstəyirəm ki, mənə elə bir söz öyrədəsiniz ki, onunla Allaha yaxınlaşam. Elm və dərkimi də artırasınız.

İmam (ə) cavabında yazır: "Sənə bir məktub göndərmişəm ki, onu oxu və zərrə-zərrə dərk et. Çünki onda əgər Allah şəfasına iradə edərsə, şəfa vardır və o kəsin ki, hidayətini Allah iradə edərsə, hidayət vardır. Ona görə də bu zikri çoxlu de:

بِسمِ اللَّهِ الرَّحمنِ الرَّحیمِ، لا حَولَ وَ لا قُوَّةَ إِلّا بِاللَّهِ العَلیِّ العَظیمِ.

("Bismilləhir-Rahmənir-Rahim, lə həvlə və lə quvvətə illə billəhil-aliyyil-azim").

İsmayil ibni Səhl nəql edir: "İmam Rzaya (ə) dedim ki, mənə elə bir dua öyrətsin ki, nə zaman onu oxusam, dünya və axirətdə onunla birlikdə olum.

İmam (ə) buyurur: "Qədr" surəsini çoxlu oxu və dodaqlarını istiğfar ilə təravətli saxla".

Hüseyn ibni Səyid nəql edir: "İmam Rzaya (ə) dedim ki, mənə bir dua öyrətsin.

İmam (ə) buyurdu: Bu cür de: اللَّهُمَّ إنِّی أسأَلُكَ بِوَجهِكَ الكَریمِ وَ اسمِكَ العَظیمِ وَ بِعِزَّتِكَ الَّتی لا تُرَامُ وَ بِقُدرَتِك‏ الَّتی لا یَمتَنِعُ مِنها شی‏ءٌ

Ondan sonra Allahdan nə istəyirsənsə, dilinə gətir".