Dinimiz, hətta atın da insan üzərində haqqını təsbit edib


Digərləri 28 İyl 2018 21:45:00 236 0

Dinimiz, hətta atın da insan üzərində haqqını təsbit edib

Dinimizin nəzərinə görə hər bir heyvanın insan üzərində haqları vardır. Bu dəfə atın insan üzərində olan haqları ilə tanış olaq.

1. Ata su vermək. Son.az deyerler.org-a istinadən bildirir ki, Həzrət Peyğəmbər (s) buyurur: "O şəxs ki, Allaha xatir atın qayğısına qalar, həmin ata yemək və su verməsi əməlinin səviyyəsində qərar verilər".

O zaman ki, İmam Hüseyn (ə) vəfalı atı ilə birlikdə çaya gəlib çatırlar, Həzrət (ə) atına xitab edərək buyurur: "Sən də susuzsan, mən də susuzam. Allaha and olsun ki, əgər sən bu sudan içməsən, mən də ondan içməyəcəyəm".

2. Atın xərclərini təmin etmək. Həzrət Peyğəmbər (s) Əmirəl-mömininə (ə) buyurur: "Xeyir, Qiyamətə qədər at belində düyünlənmişdir. O şəxs ki, Allaha xatir atın xərclərini verər, o şəxs kimi olar ki, sədəqə vermək üçün əlini açıq qoymuşdur".

3. Ata məhəbbətlə əl çəkmək və sığallamaq. Bir gün Peyğəmbər (s) əlini atın alnına çəkən halda buyurur: "Xeyir, əcr və qənimət - Qiyamət gününə qədər atın alnında yazılmışdır".