İmam Rzanın (ə) Silsitətüzzəhəb hədisi və imamətin açıq şəkildə bəyanı


Digərləri 28 İyl 2018 20:40:00 334 0

İmam Rzanın (ə) Silsitətüzzəhəb hədisi və imamətin açıq şəkildə bəyanı

İmam Rza (ə) ümmətin 8-ci imamıdır. İmam Mədinədə dünyaya gəlmiş və 55 il ömür sürmüşdür. İmam Kazımın (ə) şəhadətindən sonra 34 yaşında imamətə yetişmiş və 21 il imamlıq etmişdir.

İmamın yaşadığı dövr Abbasilərin vaxtına təsadüf edir. 21 illki imamət dövrünün 10 ili Harun ər-Rəşidin, qalan vaxtı isə xəlifə Məmunun vaxtına düşür. Məmun şiələrlə münasibəti düzəltmək və öz hakimiyyətinin möhkəmlətmək məqsədi ilə hiyləyə əl atır və İmama (ə) vəliəhdlik təklif edir. Lakin İmam (ə) qəbul etmədikdə xəlifə zora əl atır və o Həzrəti (ə) məcburi şəkildə Mərv şəhərinə gətizdirir.

Son.az islaminsesi.info-ya istinadən bildirir ki, Nişaburda bir müddət dincələn imam atına minib Mərvə yola düşəndə, hətta bəziləri qeyd edir ki, İmam (ə) ayağını atın üzəngisinə qoyduqda bir anlıq dayanır və üzünü ətrafında olan böyük insan kütləsinə tutur və buyurur:

"Atam Musa ibn Cəfərdən (ə), o da atası Cəfər ibn Muhəmmədən, o da atası Muhəmməd ibn Əlidən, o da atası Əli ibn Hüseyndən, o da atası Hüseyn ibn Əlidən, o da atası Əli ibn Əbu-Talibdən, o da Allah Rəsulundan (s), peyğəmbər də Cəbrayıldan nəql edir ki, Rəbbim buyurdu: La ilahə illəllah mənim möhkəm qalamdır. Hər kim bu qalaya daxil olsa Mənim əzabımdan amanda qalar".

İmam (ə) ata minmək istəyəndə bir anlıq dayanır və geri dönüb uca səslə deyir:"Lakin bunun şərtləri vardır və Mən bu şərtlərdən biriyəm".

Hədis qeyd edənlərin fikrincə bu hədis təvatür (geniş, məşhur) həddindədir.