Həmədan və Zəncanda su böhranı kritik həddə çatıb


Dünya 28 İyl 2018 19:25:00 278 0

Həmədan və Zəncanda su böhranı kritik həddə çatıb

İran Azərbaycanının müxtəlif bölgələrində su böhranı kritik həddə çatıb. Urmiyə Gölü ətrafında yaşanan ekoloji fəlakətdən ən çox xəsarət alan Şərqi və Qərbi Azərbaycan vilayətlərindən əlavə, Həmədan və Zəncan vilayətlərində də əhali su qıtlığından əziyyət çəkir.

Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki, Həmədanın Ali Vilayət Şurasının üzvü Məmməd Camal Hüccəti su böhranını Həmədan vilayətinin ən böyük problemi kimi dəyərləndirib.

İLNA agentliyinə müsahibə verən Hüccətinin söylədiklərinə görə, su böhranının həlli istiqamətində lazımi addımlar atılmadığı təqdirdə, bu, qaydasız mühacirət və şəhər kənarında məskunlaşmanın artmasına da səbəb olacaq.