Sumqayıtda qadının çantasından oğurluq edən şəxs tutuldu


Digərləri 28 İyl 2018 17:29:00 270 0

Sumqayıtda qadının çantasından oğurluq edən şəxs tutuldu

Oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakini Ehtiram Cavanşirli tutulub.

DİN-dən Son.az-a verilən məlumata görə, Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 23-də rayon sakini olan S.Nuriyevanın çantasından içərisində 820 manat, şəxsiyyət vəsiqəsi və bankomat kartları olan pul kisəsini oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ehtiram Cavanşirli saxlanılıb.