Zaqatalada bir həftə əvvəl itkin düşən çobanın meyiti meşədən çıxarıldı


Digərləri 28 İyl 2018 14:16:00 294 0

Zaqatalada bir həftə əvvəl itkin düşən çobanın meyiti meşədən çıxarıldı

Zaqatala rayonunda bir həftə əvvəl itkin düşən və iki gün öncə yüksək dağlıq ərazidə meyiti tapılan Qurban İbrahimovun meyitini ərazidən çıxarmaq mümkün olub. 

Son.az report-a istinadən xəbər verir ki, mərhumun meyiti helikopterlə rayon mərkəzinə gətirilib və Məhkəmə-Tibbi Ekspertiza Şöbəsinə təhvil verilib.

Meyit müayinə olunduqdan sonra ailəsinə veriləcək. 

Xatırladaq ki, 1982-ci il təvəllüdlü Qurban İbrahimovun meyiti iyulun 26-da Zaqatala rayonunun Car kəndi yaxınlığında dağlıq ərazidə aparılan axtarışlar zamanı FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qrupları tərəfindən aşkarlanıb. 

O, rayonda çobanlıqla məşğul imiş.