Atasını və ögey anasını vuran Ağcabədi sakini könüllü təslim oldu


Digərləri 28 İyl 2018 13:00:00 256 0

Atasını və ögey anasını vuran Ağcabədi sakini könüllü təslim oldu

Ağcabədi rayon sakini Mirzəxan Baxşəliyev avtomobillə qəsdən atası Musa Baxşəliyevi və ögey anası Dilarə Baxşəliyevanı vurub könüllü olaraq polisə gəlib

Bakı. Atasını və ögey anasını vuran Ağcabədi sakini könüllü təslim olub. DİN-dən Trend-ə verilən məlumata görə, iyulun 27-də Ağcabədi rayon sakini Mirzəxan Baxşəliyev yaşadığı Qaradolaq kəndi ərazisindəki “Ağgöl” adlanan fermanın həyətində idarə etdiyi “Niva” markalı avtomobillə qəsdən atası Musa Baxşəliyevi və ögey anası Dilarə Baxşəliyevanı vurub könüllü olaraq polisə gəlib.