Məşhur teleaparıcı təngə gəldi


Digərləri 28 İyl 2018 12:14:00 294 0

Məşhur teleaparıcı təngə gəldi

Britaniyanın ən populyar teleaparıcılarından olan Ceremi Klarkson İnstagram-dakı profilində qısa video paylaşıb.

Son.az bildirir ki, "Grand Tour" proqramının yeni buraxılışın çəkilişi ilə bağlı Çində olan 58 yaşlı Klarkson sürət qatarında idi. Vaqondakı sərnişinlərdən biri olan çinli çox yüksək səslə telefonla danışırdı.

Bundan təngə gələn Klarkson smartfonla özünü çəkib və "Səsini kəs, sus!" deyib.

O, videonu paylaşarkən görüntüləri "Artıq neçə saatdır ki, belədir" sözləri ilə müşayiət edib.


Xəbərə aid fotolar