Ərdoğanın sentyabrda Almaniyaya səfəri gözlənilir


Dünya 28 İyl 2018 08:58:00 268 0

Ərdoğanın sentyabrda Almaniyaya səfəri gözlənilir

Səfərin məqsədi Almaniya və Türkiyə arasında əlaqələrin daha da inkişaf etdirilməsidir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyaya 2014-ci ildən bu yana ilk dəfə olaraq sentyabrda səfər etmək niyyətindədir.

"Report" xəbər verir ki, bu barədə Bild qəzeti Almaniya və Türkiyədəki hökumət mənbələrinə istinadən məlumat yayıb.

Bildirilir ki, 2014-cü ildən bu yana Ərdoğanın prezident kimi Almaniyaya ilk səfərinin məqsədi iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsidir.