Samsung oyun smartfonu istehsal edəcək


Digərləri 28 İyl 2018 08:21:00 245 0

Samsung oyun smartfonu istehsal edəcək

Videooyunlar bazarına daxil olmağa hazırlaşan Cənubi Koreyanın "Samsung" şirkəti oyun həvəskarları üçün smartfon üzərində çalışır.   Son.az ICTnews-a istinadən bildirir ki, məlumata görə, hazırda şirkət proqram təminatı tədarükçüləri ilə danışıqlar aparır. İstehsalçı oyun qurğusu buraxmaqla xüsusi oyun smartfonlarına böyük tələbatın olduğu Çin bazarında zəifləyən mövqeyini möhkəmlətmək niyyətindədir. Mobil qurğunun nə vaxt təqdim ediləcəyi barədə məlumat verilmir.   Qeyd olunur ki, smartfonlar bazarında hazırda videooyun həvəskarları üçün bir neçə smartfona rast gəlmək mümkündür. Onlardan biri xüsusi oyun rejiminə malik "Xiaomi Black Shark" smartfonudur. Mütəxəssislər onu "Android" əməliyyat sisteminin idarəetməsi ilə işləyən ən məhsuldar smartfon hesab edirlər.