Universal USB kabel təqdim olundu


Digərləri 28 İyl 2018 08:11:00 242 0

Universal USB kabel təqdim olundu

Çinin "Xiaomi" şirkəti tərəfindən təqdim edilmiş USB kabel mobil bazarda olan bütün smartfon və planşetlər üçün uyğun gəlir.   Son.az ICTnews-a istinadən bildirir ki, "Xiaomi" şirkətinin istehsalı olan universal kabelin bir tərəfi "Micro-USB", "USB-C" və "Lightning" konnektorlarına malikdir, digər tərəfi isə USB-dir. Aksessuar "Android" sisteminin idarəetməsi altında işləyən cihazların bir çoxunu və "iPhone 5"-dən başlayaraq "iPhone" smartfonlarını enerji ilə doldura bilər.   Kabelin uzunluğu 1 metr təşkil edir. Bu kabellə "Apple" şirkətinin istehsalı olan smartfonları enerji ilə doldurmaq mümkündür, çünki "Xiaomi"nin universal USB kabeli "Apple MFi" sertifikatını alıb.   Kabelin qiyməti 9 dollardır.