Təhsil Nazirliyi: Bu il əlavə yerləşdirmə deyil, müddətli müqavilə ilə müəllimlərin işə qəbulu həyata keçiriləcək


Digərləri 27 İyl 2018 22:44:00 310 0

Təhsil Nazirliyi: Bu il əlavə yerləşdirmə deyil, müddətli müqavilə ilə müəllimlərin işə qəbulu həyata keçiriləcək

Avqustun ayının ikinci yarısı və sentyabr ayının birinci yarısında Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada müəllimlərin müddətli müqavilə ilə işə qəbulu həyata keçiriləcək.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Təhsil İşçilərinin Peşə İnkişafı İnstitutu nəzdində İnsan Resursları Mərkəzinin müdiri Murad Camalzadə deyib.

Onun sözlərinə görə, müəllimlərin işə qəbulu qaydalarında göstərilir ki, müəllimlərin işə qəbulu üzrə müsabiqə başa çatdıqdan sonra Təhsil Nazirliyi tərəfindən əlavə yerləşdirmə keçirilə bilər: "Ancaq bu il planlaşdırılır ki, əlavə yerləşdirmə deyil, sırf müddətli müqavilə ilə müəllimlərin işə qəbulu həyata keçirilsin".

M.Camalzadə deyib ki, bu il baş verən ən ciddi dəyişikliklərdən biri ümumtəhsil müəssisələrində vakant olan və ya müsabiqədən sonra yaranan vakant yerlərə müəllimlərin müddətli müqavilə ilə işə qəbulunun mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi olacaq.