Keçmiş məhkumun həyətində çətənə kolları aşkarlandı


Digərləri 27 İyl 2018 18:48:00 236 0

Keçmiş məhkumun həyətində çətənə kolları aşkarlandı

Bərdədə kultivasiya yolu ilə yetişdirilmiş 12 ədəd çətənə kolu aşkarlanıb.

DİN-dən Son.az-a verilən məlumata görə, Bərdə RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Teyyub Nuruşovun Uğurbəyli kəndindəki evinin həyətindən kultivasiya yolu ilə yetişdirilmiş 12 ədəd çətənə kolu aşkar edilərək götürülüb.