Azərbaycanla Misir arasında birbaşa aviareyslərin açılması niyə gecikir? - Səfir aydınlıq gətirdi


Digərləri 27 İyl 2018 17:47:00 214 0

Azərbaycanla Misir arasında birbaşa aviareyslərin açılması niyə gecikir? - Səfir aydınlıq gətirdi

Azərbaycanla Misir arasında birbaşa aviareyslərin açılması barədə razılıq olsa da, bu proses bir sıra səbəblərdən uzanır.

Bakı. Ləman Zeynalova - Azərbaycanla Misir arasında birbaşa aviareyslərin açılması barədə razılıq olsa da, bu proses bir sıra səbəblərdən uzanır. Trend-in məlumatına görə, bunu Misirin Azərbaycandakı səfiri Adel İbrahim Əhməd İbrahim deyib. Səfir bildirib ki, aviaşirkətlər birbaşa reyslərin açılması nəticəsində böyük maliyyə itkiləri ilə qarşılaşacaqlarını düşünürlər: "Təbii ki, bu da prosesin uzanmasına gətirib çıxarır".