Tanınmış mağazanın işçisi 108 minlik dələduzluqda təqsirləndirilir


Digərləri 27 İyl 2018 16:01:00 362 0

Tanınmış mağazanın işçisi 108 minlik dələduzluqda təqsirləndirilir

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda mənimsəmədə təqsirləndirilən Tural Gülüşovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Son.az report-a istinadən xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

İttiham aktına əsasən, T.Gülüşov "Modern" mebel şirkətinin Babək prospektində yerlən "Green Wood" mağazasında satış müdiri və menecer vəzifəsində çalışan zaman vəzifə səlahiyyətlərindən sui-istifadə edib.

Belə ki, o, şirkətin digər əməkdaşı Əfsanə Əhmədova ilə qabaqcadan əlbir olaraq şirkətə məxsus malları satıblar, əldə edilən qazancı mənimsəyiblər.

Şirkətə vurulmuş ümumi ziyan isə 108 min manat məbləğində müəyyənləşdirilib. T.Gülüşov məhkəmədə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildiyini deyib.

O qeyd edib ki, dəymiş ziyandan 11 min manatı özü, 10 mini isə Əfsanə Əhmədova ödəyib.