"Soyunmaqla nəyə nail olursunuz?"


Digərləri 27 İyl 2018 16:06:00 230 0

"Soyunmaqla nəyə nail olursunuz?"

"Axı soyunmaqla nəyə nail olursunuz?! Anlaya bilmirəm ki, soyunmaqla gender bərabərliyindən necə bəhs etmək olar. Belə qadınlar obyektiv olmaq istəmir, amma səmimi davrandıqlarını müxtəlif tryuklarla göstərməyə çalışırlar. Sadəcə vicdanlı olun və etiraf edin ki, soyunmaqla medianın gündəmində olmağa, müzakirə obyektinə çevrilməyə çalışırsınız. Bütün bunların gender bərabərliyi ilə heç bir əlaqəsi yoxdur".

Britaniyannı məşhur teleaparıcılarından olan Karen Dançuk Twitter-dəki profilində belə yazıb.

Son.az Daily Mail-ə istinadən bildirir ki, o, İngiltərədəki Kembric Universitetinin professoru, iki övlad anası Viktoriya Beytmenin başladığı aksiyanı tənqid edib.