Toyda pərişanlıq: bəy qaçdı, gəlin ağlayıb üzr istədi VİDEO FOTO


Digərləri 27 İyl 2018 14:46:00 379 0

Toyda pərişanlıq: bəy qaçdı, gəlin ağlayıb üzr istədi  VİDEO  FOTO

Bağışlayın, sizi narahat etdim. Pərişanam. Lakin heç nəyə fikir verməyin, yeyin, için, gülün, danışın, əylənin! Bu, toydur!

24 yaşlı gəlin mikrafonla bu sözləri göz yaşları içində deyib. Sonra isə o hıçqırıb və səhnəni tərk edib.

Son.az Bangkok Post-a istinadən bildirir ki, insident Taylandın paytaxtı Banqkok şəhərində yaşanıb.

24 yaşlı Manou Cutathip Nimnual sevgilisi, 20 yaşlı Fakin Yuncermlə ailə qurmağa hazırlaşırdı. Onlar nişanlanandan sonra toy günün də təyin etmişdilər.

Zəngin valideynlərin yeganə qızı olan Manou ata-anasının "İşsiz, yoxsul, 20 yaşlı gənclə ailə qurmaq riskdir" demələrinə, etirazlarına rəğmən inadından dönməyib.

Toyun bütün xərclərini Manou öz üzərinə götürmüşdü. O, şəhərin məşhur əyləncə mərkəzlərindən birini kirayələmiş, toyuna 1200 qonaq çağırmışdı.