“Bakı Ali Neft Məktəbi ölkənin ən nüfuzlu universitetidir”


Digərləri 27 İyl 2018 14:24:00 265 0

“Bakı Ali Neft Məktəbi ölkənin ən nüfuzlu universitetidir”

Son.az qəbul imtahanlarında 700 bal toplamış Xəyal Fərzəliyevin müsahibəsini təqdim edir:

- Xəyal, özünüz haqda bir az danışın.

Fərzəliyev Xəyal Vüqar oğlu. Şamaxı rayonunda, I Çaylı kəndində anadan olmuşam. 2007-ci ildə Xəzər rayonu 181 saylı orta məktəbdə birinci sinfə getmişəm. 2014-cü ildə Fizika-riyaziyyat və İnformatika təmayüllü Respublika liseyinə daxil olmuşam. 2017-ci il Respublika Fənn Olimpiadalarının medalçısı olmuşam. 11-ci sinfi qırmızı attestat və qızıl medalla bitirmişəm.

- Qəbul imtahanında göstərdiyin uğura görə kimə təşəkkür edərdiz?

Bu uğuruma görə valideynlərimə və əməyi keçən bütün müəllimlərə təşəkkür edirəm.

- Niyə I qrupa üstünlük vermisiz?

Çünki dəqiq elmlərlə uşaqlıqdan aram çox yaxşı idi. Bu sahə mənə daha asan və maraqlı gəlirdi.

- Xəyal, ali məktəblər arasında niyə məhz Bakı Ali Neft Məktəbini (BANM) seçdiz?

BANM Azərbaycan universitetləri arasında qısa vaxt ərzində özünə böyük nüfuz qazanıb. O hazırda ölkənin ən nüfuzlu universitetidir.  Bu universitetdə təhsil almaq üçün çox gözəl  şərait yaradılmış və müasir avadanlıqlarla təmin olunmuşdur. Tələbələr həm də burada asudə vaxtlarını səmərəli keçirə bilərlər.

- Boş vaxtlarınız olduğu zaman nə etməyi sevirsiz?

Boş vaxtım olanda bədii ədəbiyyat oxuyuram, musiqi dinləyirəm. Ucadan şeir deməkdən xüsusi zövq alıram. 

- Bəs BANM-da hansı ixtisası seçdiz və həmin ixtisas nə ilə sizi özünə cəlb etdi?

Mən "Proseslərin avtomatlaşdırılması mühəndisliyi" ixtisasını seçdimş. Səbəbi isə çox prestijli sahə olmasıdır. Həm də, bu sahədə ölkəmə daha çox xeyir verə biləcəyimi fikirləşdim. 

- Sizcə müasir dövrdə parlaq gələcəyi olan ixtisaslar hansıdır?