Bakıda həkimin ölümündə təqsirləndirilən keçmiş həyat yoldaşı kassasiya şikayəti verdi


Digərləri 27 İyl 2018 14:15:00 256 0

Bakıda həkimin ölümündə təqsirləndirilən keçmiş həyat yoldaşı kassasiya şikayəti verdi

Bakıda 2 saylı Doğum Evinin həkim-ginekoloqu Natəvan Əliyevanın qətlində ittiham olunan keçmiş həyat yoldaşı Samir Əliyev kasasiya şikayəti verib.

Son.az APA-ya istinadən xəbər verir ki, sabiq polis əməkdaşı olan Samir Əliyevin barəsində bəraət hökmünün çıxarılması barədə verdiyi kasasiya şikayəti Ali Məhkəməyə daxil olub.

Şikayət araşdırılması üçün hakim Əli Seyfəliyevin icraatına verilib.

Məhkəmə baxışı avqustun 1-nə təyin edilib.

Qeyd edək ki, Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Samir Əliyevin barəsində olan hökm dəyişdirilib.

Samir Əliyevin ittiham olunduğu Cinayət Məcəlləsinin 29,120.2.2, 29,120.2.4, 29,120.2.5, 29,120.2.9, 29,120.2.10-cu (xuliqanlıq niyyəti ilə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla, tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə, təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı və təkrar adam öldürməyə cəhd) maddələri həmin məcəllənin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsinə tövsif edilib.