Bu restoran və şadlıq evləri barəsində tədbirlər görüləcək - SİYAHI


Digərləri 27 İyl 2018 12:31:00 450 0

Bu restoran və şadlıq evləri barəsində tədbirlər görüləcək - SİYAHI

Bu restoran və şadlıq evləri barəsində tədbirlər görüləcək

Bakı. İlhamə İsabalayeva - İctimai iaşə obyektləri, şadlıq evləri, restoranlar tərəfindən atmosferə atılan tüstü axınına görə ETSN-nin obyekt sahiblərinə müasir standartlara cavab verən təmizləyici qurğuların quraşdırılması barədə bir müddət əvvəl verdiyi xəbərdarlığın müddəti başa çatıb. Trend-in məlumatınma görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bu gün keçirdikləri mətbuat konfransında deyib. Nazirlik rəsmisi bildirib ki, yaxın günlərdə xəbərdarlığa əməl etməyən və yenə də atmosferi çirkləndirən "Xəmsə", "Oskar", "Oazis", "Millenium", "Sonalar Sonası", "Xan qızı", "Dan ulduzu" və digər restoran, şadlıq sarayları barəsində qəti tədbirlərin görülməsinə və sanksiyaların tətbiqinə başlanılacaq.