"Azərbaycan" İESdə qəzanın səbəbləri araşdırılıb


Digərləri 27 İyl 2018 12:11:00 259 0

"Azərbaycan" İESdə qəzanın səbəbləri araşdırılıb

"Azərbaycan İstilik Elektrik Stansiyası" MMC-nin yarımstansiyalarından birində baş vermiş qəza ilə əlaqədar Azərbaycan Prezidentinin sərəncamı ilə yaradılmış Dövlət Komissiyasına verilmiş tapşırıqlara uyğun olaraq, Energetika Nazirliyi elektroenergetika sisteminin dayanıqlığının təmin edilməsi istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirir.

Son.az xəbər verir ki, nazirlikdən Trend-ə verilən məlumata görə, qəzanın səbəblərinin müəyyən edilməsi və fəsadlarının aradan qaldırılması məqsədilə Almaniya və Rusiyanın ixtisaslaşmış şirkətlərindən dəvət olunmuş ekspert qrupu ilə birgə araşdırmalar aparılıb.

Araşdırmaların ilkin nəticələri və "Azərbaycan" İES-in 330 kV-luq yarımstansiyasında aparılan təhlillər nazirlikdə müzakirə edilib. "Azərbaycan" İES və Mingəçevir-Abşeron xəttində qəza halları zamanı sistemin etibarlılığı və dayanıqlığının təmin edilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər müəyyənləşdirilib. Həmin tədbirlərin həyata keçirilməsi ilə bağlı "Azərenerji" ASC-yə tapşırıqlar verilib. Eyni zamanda, xarici ekspert qrupunun ilkin rəyi və həyata keçiriləcək tədbirlər barədə məlumatlar Dövlət Komissiyasına təqdim olunub.