Ölkədə hepatitlə bağlı STATİSTİKA açıqlandı


Digərləri 27 İyl 2018 12:09:37 243 0

Ölkədə hepatitlə bağlı STATİSTİKA açıqlandı

Son 4 il ərzində B və C viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə Komissiyaya 8936 nəfər müraciət edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Elmi-tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru, B və C viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə Komissiyanın sədr müavini Həqiqət Qədirova deyib.

O bildirib ki, müraciət edənlərin 57 faizi kişi, 43 faizi qadın olub: "Ümumi müraciət edənlər arasında 73 nəfərdə hepatit C virusu, 27 faiz insanda isə hepatit B olub. Müraciət edənlər arasında sağlam daşıyıcılar da olub. Belə ki, 1042 nəfərdə virus olsa da, xəstəlikləri yoxdur. Yəni, onların hələ müalicəyə ehtiyacı yoxdur. Düzgün şəkildə qidalansalar ömürlərinin sonuna qədər sağlam yaşaya bilərlər".