Bakının bu rayonları qazsız qalacaq


Digərləri 27 İyl 2018 10:23:00 273 0

Bakının bu rayonları qazsız qalacaq

Bu gün Bakı şəhəri Nəsimi və Binəqədi rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

"Azəriqaz" İstehsalat Birliyindən Son.az-a verilən məlumata görə, Nəsimi rayonu C.Məmmədquluzadə küçəsində yeni çəkilmiş diametri 315 mm-lik qaz xəttinin mövcud şəbəkəyə qoşulması, eləcədə Binəqədi rayonu 9-cu MKR Mircəlal küçəsində istismara yararsız diametri 108 mm-lik qaz xəttinin ləğvi, həmçinin yeni çəkilmiş diametri 225 mm-lik qaz xəttinin mövcud şəbəkəyə birləşdirilməsi ilə əlaqədar, iyulun 27-də saat 10:00-dan təmir işləri tamamlananadək Nəsimi rayonu Tibilisi prospekti və 20 yanvar, A.Məhərrəmov, A.Qurbanov, Bakıxanov, C.Məmmədquluzadə, H.Əliyev küçələrinin, eləcə də Binəqədi rayonu 6, 7, 8 və 9-cu mikrorayonlarının, Rəsulzadə və Xutor qəsəbələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Görülən zəruri təmir işlərinin Yasamal rayonunun bir hissəsinin də qaz təchizatına təsir göstərməsi mümkündür.