İnsan kimi danışan və zarafatlaşan robot Bakıya gətirilir VİDEO


Digərləri 26 İyl 2018 22:06:00 320 0

İnsan kimi danışan və zarafatlaşan robot Bakıya gətirilir  VİDEO

Sophianın insanlarla göz təması qura bilməsi və insanları tanıya bilməsi üçün kameraları və özəl yazılım sistemi var

27-28 oktyabr tarixlərində "Keepface DMCC" və "FA International Trade Events" şirkətinin əməkdaşlığı ilə Bakıda təşkil olunacaq "Global Influencer Day" tədbirində dünyaca məşhur Robot Sophia çıxış edəcək.

Son.az Technote-ə istinadən xəbər verir ki, süni intellekt (AI) əsasında Hanson Robotics şirkəti tərəfindən yaradılan Sophia danışıq tərzi, zarafatları və düşündürən cavabları ilə insana olduqca bənzər şəkildə yaradılıb. .

Tədbirdə, həmçinin "Google", "Microsoft", "Forbes" və "Instagram" kimi dünyaca məşhur şirkətlərin top "influencer" menecerləri çıxış edəcək.


Xəbərə aid video