Sumqayıtda 2ci mərtəbədən yıxılan 3 yaşlı uşaq sağ qalıb


Digərləri 26 İyl 2018 21:52:00 187 0

Sumqayıtda 2ci mərtəbədən yıxılan 3 yaşlı uşaq sağ qalıb

Sumqayıtda 3 yaşlı uşaq ikinci mərtəbədən yıxılıb.

Son.az "Report"a istinadən bildirir ki, hadsiə "Yaşıldərə" yaşayış massivində baş verib.

Belə ki, Sumqayıt şəhər sakini 2015-ci il təvəllüdlü Paşalı Yunis Namiq oğlu ikinci mərtəbədən düşərək ağır xəsarətlər alıb. Azyaşlı dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.