Dünyanın qeyriadi istilərə məruz qalan 5 bölgəsi hansıdır?


Digərləri 26 İyl 2018 21:25:00 239 0

Dünyanın qeyriadi istilərə məruz qalan 5 bölgəsi hansıdır?

Dünyanın müxtəlif bölgələrində müşahidə olunan istilər Qafqaz və onunla qonşu bölgələrdən də yan ötüşməyib.

Nə baş verir? Dünyanın qeyri-adi istilərə məruz qalan 5 bölgəsi hansıdır?

1) Qafqaz

İstilər elektrik şəbəkəsinin fəaliyyətinə təsir göstərib. Tələbatın kəskin artması ardınca Azərbaycan və İranda elektrik təchizatının pozulması halları baş verib.

İyulun 2-dən 3-nə keçən gecə Mingəçevir İES-də qəza baş vermiş və nəticədə ölkə boyu bir çox ərazinin elektrik enerjisi ilə əlaqəsi kəsilmişdi.

Rəsmilər bildirib ki,, isti havalara görə elektrik enerjisinə tələbat ölkə üzrə 40% artıb və bu da sistemdə gərilməyə gətirib çıxarıb.

Bir neçə saat sonra bəzi yerlərdə elektrik enerjisinin verilməsi bərpa olunsa da, yenidən qəza baş vermisdi. İkinci qəza iş saatının sonlarına təsadüf etdiyindən, minlərlə adam metroda qalmışdı. "Bakı Metropoliteni"nin rəhbərliyi 30 minə yaxın sərnişini evakuasiya etmiş və metronun fəaliyyətini dayandırmışdı.

İşıq böhranı nəticəsində Bakının bir çox yerində əhali su problem ilə üzləşmişdi.

İranda 34 min ev cərəyansız qalıb. Hakimiyyət enerjiyə mümkün qədər qənaət etməyə səsləyib.

Gürcüstan paytaxtı Tbilisi iyulun 4-də ən yüksək - 40.5C rekord istilərin şahidi olub.

Yerevanda da istilər 40C dərəcə həddini aşıb.

Bu niyə baş verib?

BBC Hava mərkəzindən Ben Rich izah edir:

"Ötən bir neçə ay ərzində aşağı atmosfer təzyiqi Avropanın cənub-şərqi zonası boyu mərkəzləşləşmişdi. Şimal yarımkürəsində saat əqrəbinin əksinə hərəkət edən küləklər isti havanı Afrika və Yaxın Şərq bölgəsindən Ermənistana doğru yönləndirib."

2) Şərqi Kanada

İstilərdən əziyyət çəkən uşaqlar Monreal şəhərində fontanlara üz tutub

Nə baş verib?

İstilər nəticəsində yalnız Kvebek ştatında ən azı 70 insan həyatını itirib.

Kanadanın paytaxtı Ottavada 2 iyulda rütubət indeksi - yəni rütubət və temperatur səviyyəsini nəzərə alan göstərici - 47C dərəcə olub.

Bu niyə baş verib?

Ben Rich: "Adətən şimala doğru hərəkət edən hava cərəyanı isti kütləni ABŞ sərhədindən Kanadaya doğru istiqamətləndirib.

May və iyun ayında yağışların səviyyəsi normadan aşağı olub. Quru torpaq daha tez qızır və bu amildə temperaturun orta səviyyədən daha çox yüksəlməsinə səbəb olub.

3) Cənubi Kaliforniya