Türkmənlər Azərbaycana gedən bərələrin həsrətindədirlər


Dünya 26 İyl 2018 21:19:00 248 0

Türkmənlər Azərbaycana gedən bərələrin həsrətindədirlər

Türkmənistanın Xəzərdəki Beynəlxalq limanının dəniz vağzalında minlərlə insan Bakıya gedən bərəyə minməyə cəhd edir.

Son.az oxu.az-a istinadən bildirir ki, bu ilin mayında istifadəyə verilən Türkmənbaşı dəniz limanı, hətta köhnə liman dövründə, belə sərnişin izdihamı görməyib.

Yola düşmək istəyən insanların bir neçə sutka vağzalda qaldıqları qeyd olunur.

Yerli KİV bildirir ki, məsələnin bu həddə çatmasında yalnız bərələrin Azərbaycan paytaxtına hər gün yola çıxmaması deyil, həm də sərnişinlərdən xüsusi talon tələb edilməsi rol oynayıb. Bu talonu əldə etmək ciddi problemlərlə üzləşir. Yalnız talonu olan sərnişin gəminin göyərtəsinə qalxaraq bilet ala bilər.