Ağsuda "Mercedes" iki piyadanı vurdu, biri öldü


Digərləri 26 İyl 2018 20:35:00 223 0

Ağsuda "Mercedes" iki piyadanı vurdu, biri öldü

Ağsu rayonunun Çiyni kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib

Bakı. Ağsu rayonunun Çiyni kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən Trend-ə verilən məlumata görə, iyulun 25-də saat 12 radələrində Ağsu rayonunun Çiyni kəndi ərazisində Kürdəmir rayon sakini Hamlet Xəlilov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Gəncə şəhər sakinləri Edivar Əliyevi və Alim Babayevi vurub. Nəticədə A.Babayev hadisə yerində ölüb, E.Əliyev xəstəxanaya yerləşdirilib.