Tovuzda torpaqların keyfiyyətinin yoxlanılması üçün təsərrüfatlarda analizlər aparılıb (FOTO)


Digərləri 26 İyl 2018 20:21:00 240 0

Tovuzda torpaqların keyfiyyətinin yoxlanılması üçün təsərrüfatlarda analizlər aparılıb (FOTO)

30 hektara yaxın meyvə və kartof sahələrində, o cümlədən ayrı-ayrı təsərrüfatlarda analizlər aparılıb, əkin yerlərinin keyfiyyət və münbitliyi ölçülüb.

Bakı. Prezident İlham Əliyevin torpaqların keyfiyyətinin müəyyənləşdirilməsi, münbitliyin öyrənilməsi, torpaqlardan səmərəli istifadənin təmin edilməsi istiqamətində müvafiq tapşırıqlarına uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsi nəzdində fəaliyyət göstərən Stasionar və Mobil Bitki və Torpaq laboratoriyaları vasitəsilə operativ qaydada, vaxt itkisi olmadan birbaşa fermerlərin məşğul olduğu sahələrdə tədqiqatlar aparılır, bu barədə analizlərin nəticələri sifarişçiyə yerində təqdim edilir. Komitədən Trend-ə verilən məlumata görə, mobil laboratoriyaların növbəti ünvanı iyulun 26-da Tovuz rayonu olub. Rayonun bir neçə kəndində fəaliyyət göstərən mobil laboratoriyalar birbaşa olaraq fermerlərin əkin sahələrinə gedib. 30 hektara yaxın meyvə və kartof sahələrində, o cümlədən ayrı-ayrı təsərrüfatlarda analizlər aparılıb, əkin yerlərinin keyfiyyət və münbitliyi ölçülüb. Həmin gün sahələrdə bitkilərin də analizləri aparılıb. Əkin sahələrinə gələn mobil laboratoriyalar torpağın “qida rasionu”nu, onun yararlı olub-olmamasını düzgün müəyyənləşdirib. Torpaq nümunəsi mobil laboratoriyalarda quraşdırılmış modern cihazlar vasitəsilə yerindəcə analiz edilib. Analizlər nəticəsində torpaqların ən vacib göstəriciləri – ümumi humusu, karbonatlığı, quru qalığı, udulmuş əsasları, nəmliyi, temperaturu təyin olunub. İri torpaq istifadəçilərinə təhlillərin cavabını əks etdirən sənədlər təqdim edilib. Mobil laboratoriyalar torpağın münbitliyini, quraqlıq və şoranlaşma dərəcəsini müəyyənləşdirib. Məhsuldarlıqla bağlı düzgün qərarların qəbulu üçün torpaq analiz edilib, onun münbitliyinin artırılması ilə əlaqədar tövsiyələr, təkliflər verilib.