İlk sensorlu muzey Həm musiqi, həm rəsm


Digərləri 26 İyl 2018 20:18:00 280 0

İlk sensorlu muzey  Həm musiqi, həm rəsm

Fransa incəsənətinə həsr olunmuş ilk sensorlu "L'Atelier des Lumieres" muzeyi açılıb. 2018-ci ilin aprel ayında açılan muzey Parisin şərqində yerləşir.  

Son.az xəbər verir ki, yeni muzey sensor texnologiyası vasitəsilə rəsmlərin və orijinal musiqinin vəhdətini təqdim edir. Burada ən məşhur sənətçilərin şah əsərlərini musiqinin müşayiəti ilə dinləmək olur.

Bu təşəbbüs əsasən əlilliyi olan uşaqların incəsənət və mədəniyyət nümunələri ilə tanış olması, onların marağının cəlb edilməsinə yönəlib.

Muzeydə 120 rəqəmsal proyektor və 50 səsgücləndiricidən istifadə edilir.


Xəbərə aid fotolar