Sevgilisindən 17 yaş böyükdür


Digərləri 26 İyl 2018 19:24:00 263 0

Sevgilisindən 17 yaş böyükdür

45 yaşlı Haydi Klum "InStyle" dərgisinə müsahibə verib. Model 28 yaşlı sevgilisi Tom Kaulitsdən danışıb. 

Son.az-ın Axşam.az-a istinadən məlumatına görə, Haydi bildirib ki, aralarındakı yaş fərqi onu narahat etmir. O, özündən 17 yaş kiçik olan sevgilisinin ona bunu hiss etdirmədiyini söyləyib:

"Məndən çox aramızdakı yaş fərqindən danışırlar. Sevgilim məndən gəncdir, buna hamı təəccüblənir. İnsanlar bu haqda müxtəlif suallar ünvanlayırlar. Ancaq həmin an yaşımın fərqində oluram. Bu haqda düşünmürəm, ağlıma da gətirmirəm. Biz xoşbəxt yaşamalıyıq, insanların nə fikirləşdiyini düşünməməliyik. Çünki stress üzümüzdə ancaq qırışlar yaradır".