İşə qəbul olmaq istəyənlər üçün müsahibələr bu tarixdə keçiriləcək


Digərləri 26 İyl 2018 19:18:00 260 0

İşə qəbul olmaq istəyənlər üçün müsahibələr bu tarixdə keçiriləcək

"Müəllimlərin müddətsiz müqavilə ilə işə qəbulu müsabiqəsinin sonuncu - müsahibə mərhələsi avqustun 10-dan sonra keçirilə bilər".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Təhsil İşçilərinin Peşə İnkişafı İnstitutu nəzdində İnsan Resursları Mərkəzinin müdiri Murad Camalzadə deyib.

Onun sözlərinə görə, namizədlərin sayından asılı olaraq, müsahibə mərhələsinin başlanılması tarixi bir qədər uzadıla da bilər. Müsahibələrin 7-8 gün ərzində yekunlaşdırılması nəzərdə tutulur.