Azərbaycanlı müğənninin ərindən ayrıldığı xəbəri YALAN ÇIXDI


Digərləri 26 İyl 2018 17:58:00 222 0

Azərbaycanlı müğənninin ərindən ayrıldığı xəbəri YALAN ÇIXDI

Xanım ifaçı Bəturə Hüseynova ötən gün "5/5" verilişində qonaq olub.

Son.az xəbər verir ki, xanım ifaçı şəxsi həyatı ilə bağlı etdiyi açıqlama ilə hər kəsi təəccübləndirib.

Belə ki, İstanbuldan yeni gədiyini deyən Bəturəyə Zaur Kamal "Gedib kişinin xirtdəyindən tutdun, dedin "Hər şey yarı sənin, yarı mənim?"" sözləri ilə reaksiya verib. 

Müğənni Zaurun sözlərinə "Yox, elə şey olmadı. Boşanmamışıq ki! Allaha and olsun, boşanmamışam" cavabını verib. 

Studiyadakılar müğənni xanımın söylədiklərindən təəccüblərini gizlədə bilməyiblər.

Xatırladaq ki, Bəturə Hüseynova təxminən 4 ay öncə Son.az-a etdiyi açıqlamada həyat yoldaşı ilə bağlı dolaşan ayrılıq xəbərlərinə "Bəli, biz ayrılmışıq, amma övladıma görə onunla gözəl münasibətimiz var" cavabını vermişdi.