“ASAN xidmət”ə 23 milyonuncu müraciət qeydə alındı FOTO


Digərləri 26 İyl 2018 17:22:00 292 0

“ASAN xidmət”ə 23 milyonuncu müraciət qeydə alındı  FOTO

"ASAN xidmət"ə 23 milyonuncu, o cümlədən Səyyar "ASAN xidmət"ə 1 milyon 500 mininci vətəndaş müraciəti qeydə alınıb.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən Son.az-a verilən məlumata görə, bu müraciətin sahibi Gədəbəy rayon sakini Hüseyn Qarayev olub. O, Gədəbəy rayonunda Səyyar "ASAN xidmət"ə müraciət edərək Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi xidmətindən yararlanıb.

23 milyonuncu müraciətin sahibi kimi Hüseyn Qarayev təşəkkürnamə və hədiyyələrlə mükafatlandırılıb.


Xəbərə aid fotolar