Zaqatalada itkin düşən çobanın meyiti tapıldı FOTO


Digərləri 26 İyl 2018 16:22:00 301 0

Zaqatalada itkin düşən çobanın meyiti tapıldı  FOTO

Zaqatalada itkin düşən çobanın meyiti tapılıb.

Son.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərinə İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, bu gün Zaqatala rayonunun Car kəndi yaxınlığında dağlıq ərazidə davam edən axtarışlar zamanı 21 iyul 2018-ci il tarixində axtarışların aparıldığı ərazidə naməlum şəraitdə itkin düşmüş, 1982-ci il təvəllüdlü İbrahimov Qurban İbrahim oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri tərəfindən aşkar olunub. Hazırda Q.İbrahimovun meyitinin dağdan endirilməsi üzrə tədbirlər davam etdirilir. 


Xəbərə aid fotolar