Xanlar Vəliyev hərbi cinayətlərlə bağlı hesabat verdi


Digərləri 26 İyl 2018 15:27:00 306 0

Xanlar Vəliyev hərbi cinayətlərlə bağlı hesabat verdi

"Ötən il Silahlı Qüvvələrdə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi istiqamətində görülən işlər səmərəli olub".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Hərbi Prokurorluğunda keçirilən əməliyyat müşavirəsində çıxış edən baş prokurorun müavini - respublika hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev deyib.

O qeyd edib ki, hesabat dövründə qeydə alınmış cinayətlərin 99,3 faizi açılıb.