Bəzi abituriyentlərin nəticələri ləğv edildi


Digərləri 26 İyl 2018 15:13:00 240 0

Bəzi abituriyentlərin nəticələri ləğv edildi

Dəfələrlə xəbərdarlıq edildiyinə baxmayaraq, bu gün bəzi abituriyentlər tələb olunan sənədləri özləri ilə gətirmədikləri üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanına buraxılmayıblar.

Bu barədə Son.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Mərkəzdən bildirilib ki, bundan əlavə imtahana köməkçi vasitələr, o cümlədən mobil telefon gətirən, imtahanın gedişi zamanı köçürməyə cəhd edən, imtahan qaydalarına zidd hərəkətlərə yol verən abituriyentlər imtahandan xaric olunub və nəticələri ləğv edilib.

2018/2019-cu tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün bu gün II və III ixtisas qrupları üzrə qəbul imtahanı prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, abituriyentlərin öz bilik səvyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.