Sükan arxasında narkotik qəbul edən avtobus sürücüsü danışdı


Digərləri 26 İyl 2018 12:08:00 323 0

Sükan arxasında narkotik qəbul edən avtobus sürücüsü danışdı

Dünən mətbuatda sükan arxasında narkotik maddə qəbul edən sürücü barədə video yayılmışdı. Daha sonra yol polisi həmin sürücünü aşkar etmiş və İlkin Tağıyev barəsində toplanmış materiallar məhkəməyə təqdim edilmişdi. Eyni zamanda sürücünün kalon rəisi Oktay Qurbanov da məsuliyyətə cəlb edilmişdi.

Son.az xəbər verir ki, bu gün avtosfer.az saytının əməkdaşı həmin sürücü ilə görüşüb. Sürücü öz əməlindən peşman olduğunu bildirib. O, qeyd edib ki, bir neçə gün əvvəl "Chinar trans" şirkətində işə düzəlib və video yayılan gün də hələlik qeyd etmədiyi mənbədən narkotik maddəni əldə edib və sükan arxasına qəbul etməyə çalışarkən videosu çəkilib. Sosial şəbəkələrdə həmin video yayılandan sonra həbs olunub. Məhkəmənin qərarına görə ona 30 sutka həbs verilib. 


Xəbərə aid fotolar