İnstagramda kim nə qədər pul qazanır? FANTASTİK RƏQƏMLƏR


Digərləri 26 İyl 2018 11:39:00 414 0

İnstagramda kim nə qədər pul qazanır?  FANTASTİK RƏQƏMLƏR

ABŞ-ın ən populyar modellərindən biri Kayli Cenner İnstagram-da ən populyar sima oldu.

Son.az TMZ-yə istinadən bildirir ki, 20 yaşlı K.Cennerin İnstagram-dakı profilinin daimi təqibçilərinin sayı artıq 110 milyonu keçib. Beləliklə, amerikalı supermodel İnstagram-ın populyarlıq reytinqində Selena Qomes və bacısı Kim Kardaşyandan sonrakı yeri tutub.

Selena Qomesin profilinin 139 milyon daimi təqibçisi var.

K.Cenner bu minvalla İnstagram-dakı profilində 1 reklam paylaşımı üçün 1 milyon dollar almağa başlayıb.

S.Qomesin profilində bu qiymət 800 min dollardır.

Madrid "Real"ından İtaliyanın "Yuventus" klubuna keçmiş Kriştianu Ronaldu isə 1 reklam paylaşımı üçün 750 min dollar alır.

K.Cenner İnstagram-dan istifadə edən şou-biznes mənsubları arasında ən çox gəlir əldə edən şəxsdir.


Xəbərə aid fotolar