Bakı-Sumqayıt yolunun bir hissəsində hərəkət məhdudlaşdırılır


Digərləri 26 İyl 2018 10:57:00 247 0

Bakı-Sumqayıt yolunun bir hissəsində hərəkət məhdudlaşdırılır

Bakı-Sumqayıt yolunun bir hissəsində hərəkət məhdudlaşdırılır.

Bakı. Elçin Mehdiyev - Bakı-Sumqayıt yolunun bir hissəsində hərəkət məhdudlaşdırılır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, Bakı-Sumqayıt yolunun şəhər istiqamətində Bakı Beynəlxalq Avtovağzal kompleksi qarşısından keçən hissəsində asfalt örtüyünün yenilənməsi işləri ilə əlaqədar olaraq, iyulun 28-i səhər saat 10:00-dan iyulun 29-u səhər 05:00-a qədər avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılacaq. Hərəkət istiqaməti Beynəlxalq Avtovağzal kompleksinin yanından Stend Atıcılığı idman kompleksinə gedən yol vasitəsilə Bakı-Dairəvi-1 avtomobil yoluna yönəldiləcək.