Bakıda küçədə yaşayan iş adamı xəstəxanaya yerləşdirildi


Digərləri 26 İyl 2018 10:03:00 240 0

Bakıda küçədə yaşayan iş adamı xəstəxanaya yerləşdirildi

Dünəndən bəri fotosu sosial şəbəkələrdə paylaşılan, küçədə yaşamağı ilə müzakirələrə səbəb olan keçmiş iş adamı 62 yaşlı Akif Əliyev xəstəxanaya yerləşdirilib. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, hazırda 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə alır. 

Qeyd edilir ki, Akif Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə xəstəxanaya aparılıb. Üç ilə yaxındır ki, küçədə yaşayan, ağır şəkər xəstəsi olan Akif dayının müalicəsi bitdikdən sonra o, sığınacağa yerləşdiriləcək.