Suriya ordusu İŞİDin 75 terrorçusunu zərərsizləşdirib


Dünya 26 İyl 2018 08:28:00 311 0

Suriya ordusu İŞİDin 75 terrorçusunu zərərsizləşdirib

Suriya ordusu və yerli silahlı könüllü dəstələr İŞİD-in Əs-Suveydə əyalətinin şərqinə və şimal-şərqinə hücumunu dəf edərək terror qruplaşmasının 75 silahlısını zərərsizləşdirib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə RİA "Novosti"yə vilayətin qubernatoru Amer Əl-Aşşi bildirib.

"Suriya ordusu hərbi əməliyyat meydanına daxil olaraq hücum edənlərə qarşı döyüşə girib və 75 terrorçunu zərərsizləşdirib", - qubernator bildirib.