“Tottenhem” ABŞ-da “Romanı” darmadağın etdi


Digərləri 26 İyl 2018 08:07:00 282 0

“Tottenhem” ABŞ-da “Romanı” darmadağın etdi

ABŞ-da Beynəlxalq Çempionlar Kuboku çərçivəsində keçirilən görüşdə İngiltərənin “Tottenhem” klubu İtaliyanın “Roma” klubunu 4:1 hesabı ilə məğlub edib

Bakı. Tural Turan - ABŞ-da Beynəlxalq Çempionlar Kuboku çərçivəsində keçirilən görüşdə İngiltərənin “Tottenhem” klubu İtaliyanın “Roma” klubunu 4:1 hesabı ilə məğlub edib. Trend-in məlumatına görə, oyunun taleyi birinci hissədə həll olunub. Belə ki, hesabı “Roma”nın hücumçusu P.Şik 3-cü dəqiqədə açıb. Buna cavab olaraq, “Tottenhem”in ispaniyalı hücumçusu F.Lyorente 9-cu və 18-ci dəqiqələrdə dubl edib. 28-ci və 44-cü dəqiqələrdə “Tottenhem”in braziliyalı yarımmüdafiəçisi Lukas Moura komandasının üstünlüyünü bir az da möhkəmləndirib.